AZ

Azərbaycanda keçmiş nazir başına gələn maraqlı hadisəni danışdı: "Gecə Prezidentə məruzə etdim ki...” - VİDEO

“Mənim işlədiyim dövrdə ən maraqlı hadisələrdən biri “Vahid Bank”la bağlı olub. Onlar dövlətin içində bir dövlət yaratmağa çalışırdılar. Bu məsələ məni bir maliyyə naziri kimi çox narahat edirdi. Təsəvvür edin, bütün fəaliyyətin bir tərəfə idi, “Vahid Bank”a qarşı mübarizə aparmaq isə fəaliyyətin bir sferası idi”.

“Cebhe.info” xəbər verir ki, bunu “Cebhe TV”-nin canlı efirində sabiq maliyyə naziri Fikrət Yusifov deyib. Sabiq nazir qeyd edib ki, “Vahid Bank” dövriyyəyə üzərində Zeynalabidin Tağıyevin şəkili olan pul buraxmağa hazırlaşırdı:

“Bu məqama qədər çalışırdım ki, onlara öz riçaqlarımla təsir edim. Sonra baxdım ki, yox, bu məsələ ən yüksək səviyyədə qaldırılmalıdır. Gecə ilə ölkənin Prezidentinə-Ümummilli lider Heydər Əliyevə məruzə etdim ki, bunlar dövriyyəyə manatla paralel pul buraxırlar. O zaman mənim təklifimlə bəzi məsələləri həll etdik, bir həmlə ilə 65 nəfər “Vahid Bank”ı qoyub qaçdı. Heç bir güc tətbiq etmədik, sadəcə insanlara dedik ki, gedin, pulunuzu çıxarın,gətirin dövlətin bankına qoyun, biz sizə təminat veririk. Bu elanı bir neçə dəfə efirdə səsləndirəndən sonra biz dedilər ki, Əhmədlidəki bunkerdə heç kim qalmayıb, hamısı çıxıb gedib”.

Vilayət Muxtar

“Cebhe.info”

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla