AZ

"Qalatasaray" Devid Makkormakı heyətinə qatdığını AÇIQLADI

Basketbol Super Liqa komandalarından "Qalatasaray" Devid Makkormakı 1+1 illik heyətinə qatdığını açıqlayıb. David McCormack 2022/23 mövsümündə "Beşiktaş"ın və bu mövsümün əvvəlindən Basketbol Super Liqasının digər komandası "Darüşşafaka"nın formasını geyinib.Qeyd edək ki,  Devid Makkormakın boyu 208 sm-di.Klubun rəsmi internet saytından edilən şərhdə, "Yeni transferimiz David McCormack'ı Qalatasaray Ailəsinə salamlayır və ona bölünmüş formamızla uğurlar dolu bir il arzulayırıq".Jalə

Manşet.az

Seçilən
129
Mənbələr
Şərh ()
Bağla