AZ

Aysun İsmayılova evlilik planlarından danışıb

İkinci dəfə ailə qurmağa hazırlaşan müğənni Aysun İsmayılova evlilik planlarından danışıb. SİA xəbər verir ki, müğənni bu haqda ATV televiziyasında yayımlanan "7 canlı" verilişində məlumat verib.

İlk dəfə bu haqda danışan Aysun deyib: "Sizə yeni qərarımı deyəcəm. Anam həmişə deyir ki, 3 gün, 3 gecə toy olsun. Amma bunu ilk dəfə açıqlayıram. Qərara aldıq ki, nikahımız Parisdə olsun. Bakıda isə ancaq xanımlardan ibarət xına məclisi kimi bir yığıncaq etmək istəyirəm".

Xatırladaq ki, qısa zaman öncə həyat yoldaşı Eşqin Cəlilovdan boşanan Aysun tanınmış vəkillə ailə quracaq.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla