AZ

Argentinada hakim futbolçunu bıçaqladı

Argentinalı hakim Remihio Armoa Misiones əyalətində gənclər arasında keçirilən matç zamanı futbolçunu bıçaqlayıb.

"Report" "Goal.com" nəşrinə istinadən xəbər verir ki, oyunçuların hakimi mühasirəyə almasından sonra dava düşüb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub.

İdmançı huşunu itirib və komanda yoldaşları tərəfindən meydandan çıxarılıb. Hazırda yaralının həyati təhlükəsi yoxdur.

Seçilən
16
26
Mənbələr
Şərh ()
Bağla