Rusiyada Zabaykal dəmir yolunda iki yük qatarının toqquşması nəticəsində hərəkət tamamilə dayandırılıb.
Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə 22 dekabr yerli vaxtla saat 07:30 radələrində, Zabaykal dəmir yolunun Buşuley-Jireken hissəsində baş verib.
Toqquşma nəticəsində birinci qatardan 35, ikinci qatardan isə 7 kömür yüklü vaqon relsdən çıxıb. Hadisə yerinə bərpa qatarı göndərilib.
İnsident zamanı xəsarət alan olmayıb və ekoloji təhlükə yoxdur.
Hərəkət hər iki istiqamətdə tamamilə dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.