AZ

Basketbol: “Ordu” “Lənkəran”a, “Neftçi” “Sərhədçi”yə qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Oyunlar Bakı-Qroznı reysini yerinə yetirən AZAL-ın “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb.

Günə B qrupunun matçı ilə start verilib. “Ordu” “Lənkəran”ı sınağa çəkib və asan qələbə qazanıb. Qonaqlar yalnız ilk dövrədə rəqibə ciddi müqavimət göstərə biliblər.

A qrupu çərçivəsində keçirilmiş digər oyunda “Neftçi” “Sərhədçi” ilə üz-üzə gəlib. Mövsümə uğursuz start vermiş “Neftçi” bu oyunda növbəti uğura imza atıb. “Ağ-qaralar” “Sərhədçi”ni məğlub ediblər.

Qeyd edək ki, turun qalan oyunları Aktaudakı təyyarə qəzası ilə əlaqədar təxirə salınıb.

Azərbaycan Basketbol Liqası
9-cu tur
25 dekabr

A qrupu

“Neftçi” – “Sərhədçi” 77:65 (19:12, 20:19, 15:17, 21:17)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 17 Naxçıvan – 14. Sərhədçi – 13. Abşeron – 12. Neftçi – 11. NTD – 10.

B qrupu

“Ordu” – “Lənkəran” 99:51 (20:20, 27:10, 34:5, 18:6)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xallar: Ordu – 15. Gəncə – 14. Şəki – 14. Quba – 11. Lənkrəan – 11. Sumqayıt – 10.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
23
10
arena.az

10Mənbələr