AZ

“Sabah”dan üç nəfəri istəyən var

Qış fasiləsində heyətini gücləndirməyi hədəfləyən “Kəpəz” gözünü yerlilərə dikib.

Baş məşqçi Azər Bağırovun siyahısında üç azərbaycanlının adı var.

Hamısı “Sabah”dandır – Rəhman Daşdəmirov, Şakir Seyidov və Abdulla Rzayev.

Krunoslav Renduliçin dönəmində olduğu kimi, Vasili Berezutskinin rəhbərliyi altında da ehtiyat oyunçular skamyasının “daimi sakini” hesab olunan futbolçular daha çox oynamaq niyyətindədir.

Lakin “Sabah” rəhbərliyi baş məşqçinin “heç kim getməsin” göstərişini əsas tutaraqadları çəkilənləri icarə əsasında olsa belə, heç yerə buraxmaq istəmir.

“Kəpəz” hamısı ilə olmasa da, heç olmasa bir və ya ikisi ilə güclənməyə də razıdır. Amma kimdir buraxan?

Azərbaycanlı futbolçuların aylarla ehtiyatda qalmaları, görünür, kimlərinsə işinə yarayır.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
95
3
sportinfo.az

10Mənbələr