ABŞ Maliyyə Nazirliyi iki rusiyalıya və Geosiyasi Ekspertiza Mərkəzinə qarşı sanksiya tətbiq edib.
Bu barədə idarənin saytında bildirilir.
Qeyd olunur ki, Valeri Korovin və Olesya Mendeleyevaya qarşı sanksiyalar tətbiq edilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, tədbirlər 2024-cü ildə keçiriləcək prezident seçkilərinə iddia edilən müdaxilə cəhdlərinə cavab olaraq tətbiq edilib.
Bundan əlavə, sanksiyalar, departamentin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsi olan İran Koqnitiv Dizayn Mərkəzinə də təsir edib.
DOĞRU.AZ