AZ

Qvardiola “Mançester Siti”nin uğursuzluqlarıın təqsirkarını açıqladı

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola “şəhərlilər”in cari mövsümdəki zəif çıxışını şərh edib.

Arena.az “The Guardian” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən özümə qarşı son dərəcə dürüstəm və etiraf edirəm ki, əsas səbəb – mən özüməm. Söhbət oyunçulardan getmir. Onlar azacıq geriləyilər, amma bu, ötən mövsüm də müşahidə edilmiş təbii gedişatdır. Bir çarə tapmalıydım, fərqli davranmalıydım, amma bunu etmədim. Ona görə də bu vəziyyətə düşdük – bu, mənim təqsirimdir. Bunu, gözəl olsun deyə demirəm. Mən sadəcə həqiqəti deyirəm. Futbolçuları idarə edirəm və onlarla istədiyimə nail ola bilməmişəm”, deyə “Pep” vurğulayıb.

20 oyundan 34 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

İngiltərə Premyer Liqasına 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir.

Daha əvvəl, Xosep Qvardiola “Mançester Siti”nin cari mövsüm İngiltərə Premyer Liqasında çempionluq imkanının olmadığını bildirmiş, komanasının ilk dördlükdə yer alması üçün çalışacağını vurğulamışdı.

Seçilən
85
19
arena.az

10Mənbələr