Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə Tbilisidə hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.
Bu barədə Mtavari Arxi məlumat verib.
Qeyd olunur ki, etiraz aksiyası 38-ci gündür. Etirazçılar yenidən Gürcüstan parlamentinə bitişik Rustaveli prospektini bağlayıblar.
“Mitinq iştirakçılarının tələbi dəyişməz olaraq qalır: təkrar seçkilərin təyin edilməsi, eləcə də əvvəlki etiraz aksiyaları zamanı qanunsuz saxlanılanların azadlığa buraxılması”, – telekanal xəbər verir.
Bundan əvvəl məlum olub ki, Gürcüstan Daxili İşlər Nazirliyi 2024-cü ilin noyabr və dekabr aylarında Tbilisidə etiraz aksiyalarında iştirak etmiş 25 xarici vətəndaşı ölkədən çıxarmağı planlaşdırır.
DOĞRU.AZ