AZ

Premyer Liqa: Dörd qolun vurulduğu “Liverpul” – “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib

Bakı, 5 yanvar, AZƏRTAC

İngiltərə Premyer Liqasında XX turun mərkəzi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” doğma meydanda hazırda yaxşı günlərini keçirməyən “Mançester Yunayted”i qəbul edib. Matç 2:2 hesabı ilə yekunlaşıb.

“Liverpul”un heyətində Qodi Qakpo və Məhəmməd Salah, “qırmızı şeytanlar”da isə Lisandro Martinez ilə Amad Diallo fərqləniblər.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran “Liverpul” birinci pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 23 xalla 13-cü sıradadır.

Seçilən
37
12
azertag.az

10Mənbələr