Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2023-cü ili 2,613 milyon manat mənfəətlə başa vurub.
AzNews.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,6 dəfə çoxdur.
2023-cü ildə DBİ-nin əsas əməliyyat gəlirləri 19,712 milyon manat (2022-ci ilə ilə nisbətən 1,6 % çox), insan resursları üzrə xərcləri 11,811 milyon manat (4,3 % çox), amortizasiya və köhnəlmə xərcləri 1,725 milyon manat (19,3 % az), digər əməliyyat xərcləri 3,559 milyon manat (39 % az), xarici valyuta əməliyyatları xərcləri isə 4 min manat (əvvəlki il gəlir olub) təşkil edib.
Ötən il yanvarın 1-nə DBİ-nin aktivləri 373,596 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 64,1 % artaraq 24,042 milyon manata, balans kapitalı isə 1,4 % artaraq 349,554 milyon manata çatıb.