AZ

Sel Məkkə və Mədinədə ciddi fəsadlar törədib - Evlər, restoranlar su altında qalıb

Səudiyyə Ərəbistanında leysan yağışları Məkkə və Mədinə şəhərlərinə ciddi ziyan vurub.

FED.az xəbər verir ki, evlər, iaşə obyektləri, eləcə də avtomobillər su altında qalıb.

Bir sıra ərazilərdə insanlar xilasedicilərin köməyi ilə təxliyə olunub.

Yaranmış vəziyyətlə bağlı hökumət yüksək xəbərdarlıq səviyyəsi elan edib. Bir sıra iş yerləri bağlanıb, təhsil müəssisələri isə distant fəaliyyətə keçib. (Apa)

Seçilən
45
16
fed.az

10Mənbələr