Mövzu ilə bağlı Demokrat.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, Rusiya dövlət dumasının deputatı Vassermanın açıqlaması Rusiyada bəzi ənənəvi imperialist düşüncəli adamların açıqlaması, prizması kimi dəyərləndirilməlidir:
“Əvvəla, nəzər almaq lazımdır ki, Sovet İmperiyasının artıq hansısa bir dirçəlişindən söhbət gedə bilməz. Rusiyada bəzi siyasətçilər hələ də anlamırlar ki, bugün tək qütblü dünya və yaxud da özünün ərazisini və hərbi gücünün genişliyinə görə dövlətlərin, başqa ölkələrin, müstəqil dövlətlərin qərarlarını duymadan hansısa açıqlamalar və proqnozlar vermək nə diplomatik etiket qaydalarına uyur, nə də bütövlükdə beynəlxalq hüququn prinsipləri ilə toqquşur. O baxımdan da Anatoli Vasserman və o qəbildən olan Rusiya Dövlət Dumasının bəzi deputatları bir çox hallarda ənənəvi reallıq hissləri itirdiklərini və dünya siyasətinə yanaşmalarında nə qədər bir yanlı və qeyri obyektiv olduqlarını hər dəfə nümayiş etdirirlər”.
T. İsmayılov onu da qeyd edib ki, bu tip açıqlamalar əlbəttə ki, ziyanlıdır, yersizdir və mahiyyətinə baxanda neoimperializmi genişləndirmək cəhdləridir:
“Digər bir tərəfdən, əgər Rusiyada hakim komanda qərb neoimperializminin təhdidlərindən danışırsa, Rusiya Dövlət Dumasında da hakim komandanı və yaxud da hansısa siyasi blokları təmsil edən deputatların imperializmi dirçəldəcək açıqlamalar verməsi və faktiki olaraq imperializm təbliğatı ilə məşğul olması əsla adekvat deyil. Ümumiyyətlə, Possovet ölkələri ilə Rusiyanın normal əməkdaşlıq əlaqələri var. Bir çox təşkilatlar bu gün fəaliyyət göstərir, MDB-ni Avrasiya İttifaqını misal çəkə bilərik. Yəni, bu gün postsovet ölkələri ilə bir qismini çıxmaq etibari ilə Rusiyanın normal əməkdaşlıq modelləri olduğu halda nə imperial bəyanatlar vermək və hansısa siyasi şərhçilərin bunu açıq şəkildə səsləndirməsi adekvat deyil”.
Leyla
Demokrat.az
10Mənbələr
-
xalqqazeti.az“Jewish Press” Ərdəbil imamının təxribatçı çıxışından yazıb ( 15092715)
-
demokrat.azKreml hədiyyə yağdırdığı ekspertlər, siyasətçilərə dur deməlidir — Millət vəkili ( 15090039)
-
globalinfo.azKreml Bakıya qarşı onları meydana sürə bilər – 3 hədəf var ( 15078833)
-
aia.az"İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlər daha da pisləşəcək" - Deputat ( 15074903)
-
baki-xeber.comİran hakimiyyətində "gizli əl"(?) Azərbaycanla münasibəti daim pozur... ( 15072899)
-
referans.azTehranın Bakı ilə bağlı gizli niyyəti: Əliyevin mesajından sonra iki gözlənilməz qərar ( 15067905)
-
newscenter.azBakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir ( 15062391)
-
oxu.azTehranın Azərbaycana münasibəti – Müsəlman dövlətlərə yanaşmanın göstəricisi ( 15037075)
-
moderator.azTehranın Azərbaycana münasibəti – müsəlman dövlətlərə yanaşmanın göstəricisi - ŞƏRH ( 15033571)
-
report.azTehranın Azərbaycana münasibəti – müsəlman dövlətlərə yanaşmanın göstəricisi - ŞƏRH ( 15033127)