Bakının mərkəzi prospektlərindən birində piyadaların hərəkətinin asanlaşdırılması üçün piyada zolağı çəkilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunub ki, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində eyni səviyyəli keçid təşkil olunub. Bu isə o deməkdir ki, artıq piyadalar bulvar ərazisinə keçmək üçün mütləq yeraltı keçidə düşmək məcburiyyətində olmayacaqlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://img.milli.az/2025/01/07/1256180.jpg)