Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) Fransanın PSJ klubuna komandanın keçmiş hücumçusu Kilian Mbappeyə olan borcuna görə sanksiya tətbiq edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə L' Equipe məlumat yayıb.
25 oktyabr 2024-cü ildə Fransa Peşəkar Futbol Liqası Mbappenin ödənilməmiş 55 milyon avro maaşı və bonusları ilə bağlı PSJ-nin müraciətini rədd edib.
Bildirilir ki, klub Fransa Futbol Federasiyası, Milli Olimpiya Komitəsi və ya əmək məhkəməsi ilə mübahisəni davam etdirə bilər.
Dekabrın 20-də Mbappenin vəkilləri Fransa Futbol Federasiyasının ən yüksək apellyasiya komissiyasına PSJ-yə sanksiya tətbiq edilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.
Bu iş üzrə dinləmələrin hansı tarixdə keçiriləcəyi hələlik məlum deyil.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
news365.azQubernatorun müavini rüşvət alarkən saxlanıldı ( 15724917)
-
bakivaxti.azQubernatorun müavini rüşvət alarkən saxlanıldı ( 15724477)
-
axar.azQubernatorun müavini rüşvət alarkən saxlanıldı ( 15724457)
-
hurriyyet.azPolis rəisi saxlanıldı: İş adamını çağırıb rüşvət alarkən - nazirlik bir-birinə qarışdı ( 15607655)
-
nocomment.azİş adamından rüşvət alan polis bölməsinin rəisi SAXLANILDI ( 15606933)
-
ekologiya.azPolis rəisi saxlanıldı: İş adamını çağırıb rüşvət alarkən - nazirlik bir-birinə qarışdı ( 15604839)
-
paytaxt.orgPolis rəisi saxlanıldı: İş adamını çağırıb rüşvət alarkən - nazirlik bir-birinə qarışdı ( 15604827)
-
bakuinfo.netİş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı ( 15603623)
-
Shafaqadogru.comRusiyada rüşvət alan polis rəisi saxlanılıb ( 15602513)
-
viral.azİş adamından rüşvət alan polis bölməsinin rəisi SAXLANILDI ( 15600985)