Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən Həmzə Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, altı il müddətə azadlıqdan məhrum edilib.
Proses zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxsin səkkiz il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin onun vəkili müdafiə çıxışı edib.