AZ

Şəmkirdə fərdi yaşayış evində yanğın olub - FOTO

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakininə məxsus iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

Qeyd edək ki, evdə yaşayış olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə Şəmkirdə
Seçilən
26
50
apa.az

10Mənbələr