AZ

Tramp Kanadanı yenə ABŞ-yə “birləşdirdi”


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki səhifəsində ABŞ-nin Kanada ilə birlikdə iki xəritəsini yerləşdirib.
Yeniavaz.com
xəbər verir ki, nəşr edilən ilk xəritədə Kanada ərazisi Amerika bayrağının rənglərində, ikinci xəritədə isə Kanada ABŞ ilə eyni rəngdə göstərilir.
Tramp hər iki xəritəni “Amerika Birləşmiş Ştatları” adlandırır.
Qeyd edək ki, bundan əvvəl Tramp bir çox kanadalıların öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını dəstəklədiklərini bildirib. O, həmçinin belə birləşmənin Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcəyini, həm də onu xarici təhlükələrdən qoruyacağını qeyd edib.
Kanadanın Baş naziri Castin Tryudo isə ölkənin ABŞ-nin bir hissəsi olması üçün ən kiçik bir şansının belə olmadığını bildirib. Onun sözlərinə görə, hər iki xalq üçün öz dövlətlərinin ticarət və təhlükəsizlik sahəsində bir-biri ilə tərəfdaş olması daha faydalıdır.
Seçilən
1
50
yeniavaz.com

10Mənbələr