İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət gəstərə biləcək “Nəzir” adlı yeni radar yerləşdirilib.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, radar sistemi 30 km-dən çox hündürlüyə qədər hədəfləri aşkar etmək qabiliyyətinə malikdir.
Bildirilib ki, “Nəzir” radarı Ermənistan və Türkiyənin şərqinin böyük hissəsini, Gürcüstanın əksər bölgələrini, Türkmənistanın qərb hissəsini, Qazaxıstanın cənub-qərbinin bir hissəsini, eləcə də Xəzər dənizinin səmasını müşahidə edəcək.
“Iswnews” saytında qərəzli olaraq yazılıb ki, “Nəzir” radarının Gilan əyalətində fəaliyyətə başlaması ilə “Bakı hökumətinin” səması və Xəzər dənizi İranın müdafiə şəbəkəsi tərəfindən daim nəzarətdə olacaq və istənilən düşmən hərəkatının qarşısı alınacaq”.
Musavat.com