Türkiyə hərbçiləri Suriyanın şimalında yaraqlıların dayaq məntəqələrinin yerləşdiyi Suluk yaşayış məntəqəsinə zərbə endiriblər.
Bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, qəsəbənin cənub rayonları bombardman edilib.
Yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında PKK-nın 32 yaraqlısını öldürüb.
Qeyd edək ki, Türkiyə 40 ildən artıqdır ki, PKK terrorçularına qarşı mübarizə aparır.