AZ

Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib

\"Air Astana” aviaşirkətinin Almatıdan Antalyaya uçan təyyarəsi nasazlıq səbəbindən Aktauda təcili eniş edib.

Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

\"Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KC915 reysini yerinə yetirən \"Airbus A321” tipli təyyarə yerli vaxtla saat 8:35-də hava limanından havaya qalxıb. Təyyarə texniki səbəbdən Aktau hava limanına ştat rejimində eniş edib. Buna səbəb əsas çənin yanacaq sisteminin qoruyucu klapanının nasazlığı olub\", - məlumatda bildirilib.

Məlumata görə, Almatıdan ehtiyat hissəsinin gətirilməsinin zəruriliyi ilə əlaqədar reys yanvarın 9-u saat 9:20-yə təyin edilib.

\"Sərnişinlər yeməklə təmin olunub və mehmanxanaya yerləşdirilib. Antalyadakı sərnişinlərlə də bağlı analoji tədbirlər görülür\", - aviaşirkət bildirir.
 
///report
Seçilən
25
50
azxeber.com

10Mənbələr