Demokrat.az xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi, regionda yaranan yeni siyasi reallıqlar, Ermənistanın silahlanması, erməni siyasi dairələrində tez-tez səsləndirilən revanşist çıxışlar Prezidentin gündəmində idi: “Cənab Prezident bütün bu məsələlərə özünün sabit, davamlı və konkret münasibətini bir daha ortaya qoyaraq, xəbərdarlıq etdi. Dövlət başçısı konkret şəkildə bildirdi ki, müstəqil Ermənistan dövləti əslində, faşist dövlətdir. Prezident bildirdi ki, əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar və elə bir faşist dövlətlə biz qonşuyuq. Azərbaycan lideri haqlı olaraq, bəyan etdi ki, Ermənistan tərəfindən faşizm təhlükəsi sovuşmur və bu faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik”.
Fərid Şahbazlı bildirib ki, Fransa ilə münasibətlər də dövlət başçısının diqqət mərkəzində idi. Prezident rəsmi Parisin bitib-tükənməyən Azərbaycanfobiya siyasətinə də konkret və sərt reaksiya verdi:
“Cənab Prezident bildirdi ki, Fransa prezidenti Azərbaycana qarşı növbəti dəfə cəfəng ittihamlar irəli sürüb. O qeyd etdi ki, görünür ki, Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Cənab Prezident haqlı olaraq Fransanın Azərbaycanın bu ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı iddialarını rədd etdi. O qeyd etdi ki, özlərini böyük dövlət adlandıran bir prezidentin uzaqda – Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkməsi ilə bağlı açıqlaması reallıqdan və adekvatlıqdan tamamilə uzaqdır”.
Siyasi şərhçi bildirib ki, Cənab İlham Əliyev qonşu İranda tez-tez səsləndirilən anti-Azərbaycan çıxışlara, xüsusilə bu yaxınlarda Ərdəbil məscidi axundunun Azərbaycan və Türkiyə ilə bağlı sərsəm fikirlərinə olduqca sərt və adekvat mövqe ortaya qoyub: “İranda Azərbaycana qarşı mütəmadi təşkil edilən hücumların İİR-nın dövlət siyasətinin tərkib hissəsi olma ehtimalı olduqca yüksəkdir. Bu baxımdan Cənab Prezidentin Ərdəbil məscidi axundunun sərsəmləmələri ilə bağlı ünvanladığı suallar tamamilə dəqiqdir. Təsadüfi deyil ki, ölkə başçısı İran rəhbərliyinə müraciət edərək sual etdi ki, Azərbaycana qarşı davamlı təhqirlər yağdıran əyalət mollasını vəzifəyə kim təyin edib, onun təhqirlərinin dövlət tədbirində və televiziyasında yayınlanmasına kim imkan yaradıb? Prezident açıq formada qeyd etdi ki, Ərdəbildə təşkil edilən tədbirdə həm Türkiyə, həm Azərbaycana qarşı təhqirlərə yol verilib. O prinpial formada tələb etdiki, əyalət mollası üzr istəməli və qovulmalıdır”.
10Mənbələr
-
hurriyyet.az“Azərbaycanda Stalin ölməyib, hələ diridir” - SABİQ MİLLƏT VƏKİLİ ( 15086713)
-
azedu.azSemestr imtahanlarından sonra tətil müddəti uzaldılmalıdır? - AÇIQLAMA ( 15085327)
-
demokrat.azNəsiminin Şamaxıdan Hələbə aparan səbəblər etnik bənzərliyimizdir — Millət vəkili ( 15069145)
-
demokrat.az“Rusiyanın müəyyən dairələri bu münasibətlərə xələl gətirməyə çalışır”—Millət vəkilindən “suyu bulandıranlara”CAVAB ( 15063005)
-
xezerxeber.azQəzalı vəziyyətdə olan, plana düşən binalar nə vaxt söküləcək? - Proses niyə yubanır? VİDEO ( 15050513)
-
show.azBakirəliyini bərpa etdirib ərə gedən qızın yalanı belə ortaya çıxdı - Azərbaycanda rəzalət ( 15046625)
-
oxu24.com"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO ( 15030489)
-
moderator.azRusiyanın Ermənistanı cəzalandırması kimin marağına uyğundur? ( 15028723)
-
manset.az"Keşlə bazarı"nın yeni məkanından VİDEO ( 15027437)
-
day.az"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO ( 15026407)