AZ

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 87,6 faiz artıb

Ötən il dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bu, əvvəlki illə müqayisədə 87,6 faiz çoxdur.

2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.

Seçilən
24
10
bakivaxti.az

10Mənbələr