AZ

Kanada Ukraynaya 305 milyon dollarlıq hərbi yardım GÖNDƏRƏCƏK

Kanada Kiyevə 440 milyon Kanada dolları (305,7 milyon dollar) dəyərində hərbi yardım göntərmək niyyətindədir.

Viral.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Uilyam Bleyerin, Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclasının yekunlarına dair bəyanatında deyilir.

Bu vəsaitin 200 milyon Kanada dolları (təxminən 139 milyon dollar) Ukrayna ordusuna mərmi almaq üçün Çexiya təşəbbüsünə gedəcək. 50 milyon Kanada dolları (34,7 milyon dollar) isə Kiyevə artilleriya mərmiləri göndərəcək olan Kanada silah istehsalçılarına köçürüləcək.

Son Yazılar:

Yerdə qalan vəsait isə digər məsələlərlə yanaşı, onlar üçün PUA və avadanlıqların alınmasına, həmçinin qış geyimlərinin alınmasına sərf olunacaq.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından Kanada Kiyevə 4,5 milyard Kanada dollarından (3,13 milyard dollar) çox hərbi yardım göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən
16
50
viral.az

10Mənbələr