1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı qəsəbəsində 4 maqnitudalı zəlzələ olub.
Oxu.Az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların ocağı 13.3 km dərinlikdə yerləşib. Bildirilib ki, təbiət hadisəsi yerli vaxtla saat 07:08-də (Bakı vaxtı ilə 08:08) qeydə alınıb.
Dağıntı və insan itkisi barədə məlumat hələ verilməyib.