AZ

Türkiyənin sabiq millət vəkili öldü

Türkiyənin sabiq millət vəkili Əhməd İyimaya vəfat edib.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatı Əhməd İyimaya Ankarada dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, mərhumun cənazəsi Gölbaşı qəbiristanlığında torpağa tapşırılacaq.

Əhməd İyimaya 22 noyabr 1950-ci ildə Amasyada anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirən İyimaya, siyasi karyerası boyunca 20 və 21-ci çağırışlarda Doğru Yol Partiyasından, 23, 24, 25 və 26-cı çağırışlarda isə AK Partiyadan millət vəkili seçilib.

Milli.Az

Seçilən
27
50
milli.az

10Mənbələr