1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
On yaşlı Yağmurun və beş yaşlı Haziranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Mənsurə Əliyeva məlumat verib.
O bildirib ki, övladlarının müalicəsi üçün yardıma ehtiyacları var:
"Yağmurun on yaşı var, o, anadangəlmə ürək qüsuru ilə doğulub. Doğulduğu gündən müalicələrini etdirsək də, vəziyyəti ağırlaşdığı üçün 2020-ci ildə açıq ürək əməliyyatı keçirib. Oğlum Haziranın isə 5 yaşı var. Onun nitqində qüsur var. Beş yaşı olsa da, danışa bilmir. Həkimlər onu vaxtında müalicə etdirsək, səhhətinin yaxşılaşacağını deyirlər".
Gənc ana övladlarının müalicələri üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Yağmurun son dövrlərdə vəziyyəti lap ağırlaşıb. Dərsə gedə bilmir, çox yeriyə bilmir. Həkim isə təcili müayinəyə getməyimizi tövsiyə edir. Artıq bir ildən çoxdur ki, onu müayinəyə apara bilmirik. Mən evdar qadınam, yoldaşım isə rayonda günü 15 manata fəhləlik edir. İş olandan olana işləyir. İnanın, oğlum günlərdir banan istəyir, onu almağa belə imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, balalarımın müalicəsində yanımızda olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 843-58-99.
Kapital Bank: 4169 7388 6797 7336.