AZ

Yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən verilən məlumata görə,  bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən “İz oil” yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən “İz” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən “İz” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
15
50
xalqqazeti.az

10Mənbələr