AZ

Kaliforniyada yanğınsöndürən təyyarə PUA ilə toqquşdu

Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub, lakin yerə enə bilib. Hadisə nəticəsində Los-Anceles ərazisində uçuşlar məhdudlaşdırılıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) məlumat yayıb.

 

"Los-Anceles dairəsinin Paliseyds rayonunda yanğınsöndürən təyyarə yanğını söndürərkən dronla toqquşub. FAA Los-Ancelesdə bir neçə müvəqqəti uçuş məhdudiyyəti tətbiq edib", - məlumatda bildirilib.

 

Məlumata görə, hadisə Kaliforniya yanğınsöndürənlərində cəmi iki ədəd olan “Canadair CL-415 Super Scooper” təyyarələrindən biri ilə baş verib. Toqquşma nəticəsində təyyarə sıradan çıxıb.

 

Bununla əlaqədar araşdırma başlanılıb.

Seçilən
4
23
sfera.az

10Mənbələr