Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9 adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncu ölkə oldu. "Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib. Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması fonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləri isə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyə çağıran ciddi mesajdır."
10Mənbələr
-
sia.az“Forum Azərbaycan üçün ildən-ilə daha uğurlu olur" - MÜNASİBƏT BİLDİRİLDİ ( 15070317)
-
sia.az"Ölkəmiz belə tədbirlərdən kifayət qədər faydalanmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ ( 15067125)
-
aznews.az"Azərbaycanın Davos platformasında yeri və rolu güclüdür" - Mübariz Qurbanlı ( 15037231)
-
sia.az"Forumda iştirak etmək Azərbaycanın maraqlarına uyğundur" - Partiya sədri DANIŞDI ( 15013019)
-
bakivaxti.azPrezident Davosda: Sülhün əldə edilməsi ilə bağlı vacib görüşlərin olma ehtimalı var ( 15011803)
-
sia.az“Davos forumu mühüm əhəmiyyət kəsb edir” - MÜNASİBƏT BİLDİRİLDİ ( 14990803)
-
operativmm.azAzərbaycan Orta Dəhlizin aparıcı dövlətinə çevrilib - RƏY ( 14988031)
-
ikisahil.azAzərbaycan dünya liderləri səviyyəsində -Davos-2025 ( 14972693)
-
ikisahil.azDavos Forumu ölkəmizlə yeni münasibətlər qurmaq istəyən tərəfdaşlar üçün bir platformadır ( 14972433)
-
sia.az"Davos forumu bir çox baxımdan əhəmiyyətli" - MÜNASİBƏT BİLDİRİLDİ ( 14965367)