Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 5 + 8, gündüz müsbət 9 + 13 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
Ölkəboyu yağıntı gözlənilmir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə mənfi 2 dərəcədən müsbət 3 dərəcəyə qədər, gündüz müsbət 8+13, dağlarda gecə mənfi 7, gündüz müsbət 3+8 dərəcə olacaq.