Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp barəsində çıxarılmış maliyyə sənədlərinin saxtalaşdırılmasına dair ittihamı ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məhkəmənin qərarıla Tramp hər hansı həbs və cərimə ilə bağlı cəzalarla üzləşməyəcək. Lakin onun barəsində çıxarılmış qanuni hökm qüvvədə saxlanılacaq.
Bununla da Tramp ABŞ tarixində cinayətdə ittiham olunaraq mühakimə edilən ilk ölkə lideri olacaq.
Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta