AZ

Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin QİYMƏTİ təəccübləndirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında hədəfi əli cibində nişan alaraq məşhurlaşan türk atıcı Yusuf Dikeç müsahibə üçün 30 min avro tələb edib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransanın "L"equipe" qəzeti yazıb.
"Yusuf çox məşğuldur, artıq 2028-ci il Oyunlarına hazırlaşır. Təbii ki, orada qızıl üçün mübarizə aparacaq. Müsahibə vermək ona maraqlı deyil", - Dikeçin nümayəndəsi Mehmet Ali Akgül bildirib.
Həmçinin 52 yaşlı türkdən müsahibə almaq istəyən hər kəs bir sıra şərtləri yerinə yetirməli olacaq: yalnız idman haqqında danışmaq, müsahibəni dərc etməmişdən əvvəl təkrar oxumaq və fotosunu paylaşmaq hüququnu idmançıya həvalə etmək.
Seçilən
227
50
oxu.az

10Mənbələr