Demokrat.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumata görə, Sarkozi qolbaq taxmaq üçün yaxın vaxtlarda hakim qarşısına çıxmalıdır. Keçmiş prezident arayışları təqdim etməlidir ki, onların əsasında hakim məhkumun daimi yaşayış yerini müəyyənləşdirsin.
Sarkoziyə həmçinin həftə içi və həftə sonları gəzinti üçün vaxt ayrılacaq.
Dekabrın 18-də Fransa Kassasiya Məhkəməsi Sarkozinin müdafiə tərəfinin hökmdən apellyasiya şikayəti vermək cəhdini rədd edib və onun üç il, o cümlədən bir il elektron qolbaq taxmaqla cəzasını yekun hesab edib.
Sabiq dövlət başçısı həmçinin üç il müddətinə seçilmək hüququndan məhrum edilib.
Qeyd edək ki, 2007-ci ildə respublika prezidenti seçilməzdən əvvəl Sarkozi (o, 2012-ci ilə qədər bu vəzifədə idi) iki il Daxili İşlər Nazirliyinə rəhbərlik edib və bu vəzifədə Fransa polisinin baş kuratoru olub.
10Mənbələr
-
moderator.azFransanın keçmiş prezidenti elektron qolbaq taxmalı olacaq ( 15330137)
-
manset.azNikola Sarkozi elektron qolbaq taxacaq ( 15328613)
-
far.azFransanın keçmiş prezidenti bu gündən elektron qolbaq taxmalı olacaq ( 15328471)
-
manset.azFransanın keçmiş prezidenti bu gündən bunu edəcək ( 15328437)
-
ikisahil.azNikoly Sarkozi bu gündən elektron qolbaq taxmalı olacaq ( 15328227)
-
poliqon.infoFransanın keçmiş prezidenti bu gündən elektron qolbaq taxmalı olacaq ( 15328219)
-
yenisabah.azNikola Sarkozi bu gündən elektron qolbaq taxmalı olacaq ( 15328167)
-
report.azFransanın keçmiş prezidenti bu gündən elektron qolbaq taxmalı olacaq ( 15328135)
-
yeniavaz.comSarkozi elektron qolbaq taxacaq ( 15327661)
-
tribunainfo.azSarkozi 2025-ci il ərzində elektron qolbaqda gəzəcək ( 14727903)