"Bələdiyyə seçkisi ilə əlaqədar məntəqələrdə veb-kameralar quraşdırılacaq". Manset.az xəbər verir ki, bunu bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, həmin veb-kameralar min məntəqəni əhatə edəcək: "Veb-kameralar quraşdırılarkən məntəqələr elə seçilir ki, onlar Azərbaycan ərazisini əhatə etsin. Veb-kameralar məntəqə açılandan etibarən məntəqə üzvlərinin gördükləri işlər də daxil olmaqla bütün prosesi izləyir". MSK sədri vurğulayıb ki seçkinin keçirilməsində əsas tələblərdən biri prosesin şəffaflıqdır: "Ona görə də media nümayəndələri də seçkini sərbəst şəkildə izləyə biləcəklər".