AZ

Təbriz və Zəncanda yol qəzası olub, iki nəfər ölüb, altı nəfər yaralanıb

İranda Güney Azərbaycanın Zəncan şəhərinin "22 Bəhmən" trasında iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mashreq” yayıb.

Hadisənin səbəbi araşdırılır.

Başqa bir məlumata görə, mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində Təbriz-Zəncan avtomobil şosesinin Bostanabad rayonunda bir neçə maşının toqquşması nəticəsində altı nəfər yaralanaraq hospitala yerləşdirilib.

Məlumata görə, zəncirvari qəzaya səbəb havanın dumanlı olması göstərilib.

Seçilən
3
50
operativmm.az

10Mənbələr