Qobustanda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə Qobustanda yerləşən zavodlardan birində qeydə alınıb.
İlkin məlumata görə, zavodda baş verən bədbəxt hadisə nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakash xəstəxanada ölüb.
Xəsarət alan digər Pakistan vətəndaşına tibbi yardım göstərilib və evə buraxılıb.
Fakt araşdırılır.