AZ

Qətər Qəzza sazişinin yekun layihəsini İsrail və HƏMAS-a təhvil verib - ÖZƏL

Qətər İsrailə və Fələstinin HƏMAS radikal hərəkatına atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair yekun saziş layihəsini təhvil verib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, İsrail kəşfiyyatının rəhbəri, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi və Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani arasında keçirilən görüşdən sonra Doha danışıqlarında irəliləyiş əldə edilib.

Bundan əvvəl Axios portalı anonim mənbələrə istinadən Trampın yanvarın 20-də keçirilməsi planlaşdırılan andiçmə mərasimindən əvvəl İsrail və HƏMAS arasında münaqişəni həll etmək istədiyini yazıb. Nəşrin məlumatına görə, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff baş nazir Benyamin Netanyahu ilə görüş üçün Qətərdən İsrailə gəlib. Danışıqlar zamanı o, respublikaçının münaqişəyə son qoymaq üçün sövdələşmə etmək istədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
50
olaylar.az

10Mənbələr