AZ

Peskov: "Putin və Tramp arasında danışıqlara əsaslı hazırlıq yoxdur"

Putinin mətbuat katibi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında mümkün görüşün yeri haqqında danışmaq hələ tezdir.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında mümkün görüşün yeri haqqında danışmaq hələ tezdir, çünki danışıqlara əsaslı hazırlıq yoxdur.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov əlavə edib ki, Vaşinqtonda administrasiya dəyişdikdən sonra bu barədə daha konkret danışmaq mümkün olacaq.

Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.

Seçilən
25
50
operativmedia.az

10Mənbələr