İngiltərə Premyer Liqası komandası "Mançester Siti" heyətini gücləndirmək niyyətindədir.
İngiltərə çempionu Syerra-Leoneni təmsil edən İspaniya "Valyadolid"inin 18 yaşlı mərkəz müdafiəçisi Cuma Baini almaq istəyir.
"Operativ Media" xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.
Futbolçunun xidmətində "İnter", "Lans" və "Fənərbaxça" da maraqlıdı. "Mançester Siti" futbolçunun transferini bitirdikdən sonra onu "Valyadolid"ə 18 aylıq icarəyə vermək istəyir.
"Transfermarkt" Juma Bainin transfer dəyərini 1 milyon avro qiymətləndirir.