AZ

Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edildi

Bakı. Trend:

Mingəçevir-Qazax, Gəncə-Xankəndi-Şuşa, Mingəçevir-Xankəndi-Laçınşəhərlərarası avtobus marşrutları üzrə müsabinin qalibləri müəyyənedilib.

Bu barədə Trend-ə Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü NəqliyyatAgentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, “Mingəçevir-Qazax” marşrutu üzrə fiziki şəxsRəsulov Şərif Kamal oğlu, “Gəncə-Xankəndi-Şuşa” marşrutu üzrəhüquqi şəxs “Fazil-20” MMC, “Mingəçevir-Xankəndi-Laçın” marşrutuüzrə fiziki şəxs Mustafayev Rafiq Şahid oğlu komissiya üzvləritərəfindən qalib elan olunublar.

"Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiqqanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindənmərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşımasahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi vərahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsindəşəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur", -məlumatda qeyd olunub.

Məqalədə:
Seçilən
7
35
az.trend.az

10Mənbələr