
Türkiyənin "Antalyaspor" klubu brazilyalı baş məşqçi Aleks de Souzanı istefaya göndərib.
Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Qeyd edilib ki, "Trabzonspor"a 0:5 hesabı ilə məğlubiyyətdən sonra belə qərar verilib.
Klub ona gələcək kareyrasında uğurlar arzulayıb.
Qeyd edək ki, Aleks de Souza vaxtilə "Fənərbağça"dakı möhtəşəm oyunu ilə əfsanələşib.
Azər
Reyting.az