AZ

"Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC səhmdarları - TOPLANIR

28 fevral 2025-ci il saat 15.00-da "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncağın gündəliyindəki məsələlər aşağıdakılardır:

 1. 2024-cü ildə cəmiyyətin fəaliyyəti haqqında idarə heyətinin hesabatı.

2. Müşahidə şurasının və maliyyə - təftiş komissiyasının hesabatı.

3. Cəmiyyətin illik balansının və auditor hesabatının təsdiq edilməsi.

4. Cəmiyyətin idarə heyətinin tərkibinin seçilməsi.

5. Müşahidə şurasının və maliyyə - təftiş komissiyasının tərkiblərinin seçilməsi.

6. Dividendlər haqqında.

7. Cari məsələlər.

Əlaqə telefonu- 514-46-20. Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 2

Seçilən
9
50
fed.az

10Mənbələr