AZ

Corat qəsəbəsində silah-sursat aşkarlanıb

Bakı, 14 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 7,62 mm-lik AK-74 avtomatı, 1 ədəd AK-74 avtomatının güllə darağı və 28 ədəd 7,62 mm-lik güllə olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Seçilən
23
49
azertag.az

10Mənbələr