AZ

İtkin balıqçıların axtarışları davam edir - Fotolar

Xəbər verdiyimiz kimi, Lənkəranın Siyavar kəndi yaxınlığında 2 balıqçı itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, onların Xəzər dənizində balıq tutarkən itkin düşdüyü ehtimal edilir.

İtkin düşən şəxslərin yaxınları bildirib ki, sonuncu dəfə onların mobil nömrələrinə ötən gün səhər saatlarında zəng çatsa da, cavabsız qalıb.

Balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. 

Axtarışlar davam etdirilir.

***

FHN-in yaydığı məlumata əsasən, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşların - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Surxay Şahbazov



Seçilən
1
50
qafqazinfo.az

10Mənbələr