AZ

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

Image

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Ermənistan mediası yazır ki, sənədi Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.

“Biz iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya, inklüzivlik və insanlar arasında əlaqələr sahəsində əməkdaşlığın artırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq” - ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken bildirib ki, gələn həftə xüsusi sərhəd mühafizə qrupu birgə sərhəd mühafizəsi işlərini həyata keçirmək üçün Ermənistana gedəcək: "Müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”.

“Biz mükəmməl tərəfdaşlı çərçivəsində qısa müddət ərzində çox böyük işlər görmüşük. Beləliklə, biz Ermənistan-ABŞ münasibətlərində mühüm təməl nailiyyəti qeyd edə bilərik: biz Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq”, - ABŞ dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, bu komissiya bir sıra mühüm sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün çərçivə yaradır: müdafiə və təhlükəsizlik, iqtisadiyyat, demokratiya və ədalət, inklüzivlik və insanlar arasında münasibətlər.

Ermənistan-Amerika iqtisadi və enerji əməkdaşlığından danışan Entoni Blinken deyib ki, “hazırda biz dinc nüvə təhlükəsizliyi və nüvə enerjisi üzrə danışıqlara doğru gedirik”.

Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.

TAHİR





Seçilən
2
43
baki-xeber.com

10Mənbələr