AZ

Hüseynbala Mirələmovun səhhəti pisləşdi - Türkiyəyə aparıldı

Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır.

Bu barədə Modern.az-a onun özü bildirib.

"Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur", - deyə sabiq deputat bildirib.

Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.

O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub.

Mənbə: unikal.az

Seçilən
1
35
unikal.az

10Mənbələr