Bankın kredit portfelinin həcmi 799,9 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 79% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 58% yüksəlməklə 146,5 milyon manat, xərcləri 125,1 milyon manat olmuşdur.
2024-cü ildə Azər Türk Bank 21,3 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 52% çoxdur.
Bankın məcmu kapitalının həcmi 26% artaraq, 98,9 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 117% artımla 1,9 milyard manat səviyyəsindədir.
Əhali tərəfindən Banka 213 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 1,5 milyard manat həcmində depozit cəlb etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,40%, kapitalın gəlirlilik əmsalı (ROE) 23,6% təşkil etmişdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
10Mənbələr
-
hit.azMənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI ( 15434179)
-
metbuat.azBu rüsumlar daşınmaz əmlakı bahalaşdırır - ( 15427137)
-
yenisabah.azBakıda ən gəlirli əmlak bu ərazidədir – 2500 manat aylıq qazanc ( 15423919)
-
metbuat.azTorpaqla bağlı rüsumlar yüksəkdir? - ( 15401501)
-
referans.azAzərbaycanda ipoteka sistemində PROBLEMLƏR - Vətəndaşlar bu çətinliklərlə üzləşir... ( 15397237)
-
modern.azBakıda kirayə evlər bahalaşıb - Ekspert səbəbini AÇIQLADI ( 15375535)
-
sia.azBu il əmlak bazarında qiymətlərin artması müşahidə olunur? - REPORTAJ ( 15369897)
-
fed.azAzərbaycanda 3 bankda əhalinin əmanətləri 1 milyard manatdan çoxdur ( 15318697)
-
cebheinfo.azBoşanmadan da əmlakı bölə bilərsiniz ( 15317229)
-
redaktor.azDaşınmaz əmlak alarkən diqqət yetirilməli olan MƏQAMLAR ( 15300093)