AZ

Azərbaycanda ötən il orta illik inflyasiya 2,2% təşkil edib

Azərbaycanda 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz təşkil edib.

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.

Qeyd edilib ki, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin dekabr ayına nisbətən 104,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,3 faiz təşkil edib.

Seçilən
3
12
fed.az

10Mənbələr